Bakı.Trend:
Pakistanın cənub-qərbində yerləşən Baloçistan əyalətində terror partlayışı törədilib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hücumda daş-kömür mədənində çalışan işçiləri daşıyan avtomobil hədəfə alınıb. Partlayış nəticəsində azı 11 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.