Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynada seçkilərin keçirilməsini düzgün hesab etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə o, Floridada jurnalistlərə seçkilərin keçirilməsinin zəruriliyindən danışarkən deyib.
"Bu, Rusiyadan deyil, bizdən və digər tərəflərdən irəli gəlir", - deyə ABŞ prezidenti bildirib.
Onun fikrincə, Ukraynada "insanlar yorulub və bəzi dəyişikliklər istəyir".
"Onların seçkiləri olmayıb, ölkədə mahiyyətcə hərbi vəziyyət hökm sürür, onların liderinin populyarlığı, təəssüf edirəm ki, 4 faiz civarındadır", - deyə D.Tramp əlavə edib.
Döyüşlərin nəticəsində olan dağıntılardan danışan Tramp deyib ki, Ukraynanın bir sıra şəhərləri “Qəzzəyə bənzəyir”.