Bakı. Trend:
“Google” çoxhissəli suallar verməyə imkan verən yeni süni intellektlə işləyən axtarış rejimini sınaqdan keçirməyə başlayacaq.
Trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.
Məlumata görə, “AI Mode” kimi tanınan yeni funksiya eyni vaxtda fonda bir neçə əlaqəli axtarış sorğusunu həyata keçirir, insanların növbəti hansı alt mövzularla maraqlanacağını təxmin edir və bir neçə axtarış istiqamətini ümumiləşdirən vahid düzgün cavabı təqdim edir.
Yeni alət məşhur süni intellektlə işləyən “Perplexity” xidmətləri və “OpenAI” şirkətinin “ChatGPT” axtarış motoru ilə rəqabət aparmaq məqsədi daşıyır.