...

İranın şimalında meşə yanır

Dünya xəbərləri Materials 18 Mart 2025 09:24 (UTC +04:00)
İranın şimalında meşə yanır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən günün ikinci yarısından sonra İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus rayonunda meşəlik ərazidə başlayan yanğın davam edir.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran Təbii Sərvətlər və Su Ehtiyatları İdarəsinin baş direktoru Mehrdad Xəzayi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında yanğın müvəqqəti söndürülsə də, yanğın yenidən başlayıb.

Xəzayi deyib ki, meşəlik ərazinin keçilməz olduğunu nəzərə alaraq yanğının söndürülməsi üçün helikopter istənilib. Hazırda yerli qüvvələr yanğının söndürülməsi üçün çalışırlar. Lakin helikopter olmadan yanğını söndürmək mümkün deyil.

Qeyd edək ki, İranın Mazandaran vilayətinin Çalus rayonunda 156 min hektar meşəlik ərazi var.

Xəbər lenti

Xəbər lenti