Bakı. Trend:
Rostov-na-Donuda ticarət mərkəzində baş verən yanğın səbəbindən alovun genişlənmə riski mövcuddur.
Trend xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi "Telegram" hesabında hadisə barədə məlumat yayıb.
Yanğın Rostov-na-Donu, Budennovski prospekti, bina 49/97 ünvanında yerləşən ticarət mərkəzinin binasında baş verib. Yanğınsöndürmə və xilasedicilər dərhal hadisə yerinə cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, yanğın zamanı fasadın yanar olduğu müəyyən edilib.
Yanğının ilkin sahəsi 500 kv.m-dir. və yaxınlıqdakı beşmərtəbəli binaya keçmə təhlükəsi mövcuddur. Yanğının söndürülməsi üçün 70-ə yaxın canlı qüvvə və 19 texnika cəlb olunub.