...

Qırğızıstan-Qazaxıstan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 28 Mart 2025 05:38 (UTC +04:00)
Qırğızıstan-Qazaxıstan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan və Qazaxıstan sərhədi yaxınlığında 5,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanda, Kopuro-Bazar (Qırğızıstan) kəndindən 20 km şimalda, Talas şəhərindən (Qırğızıstanın rayon mərkəzi) 65 km şimal-şərqdə, Bişkek şəhərindən 133 km cənub-qərbdə yerləşib.

Yerli vaxtla saat 04:42-də qeydə alınan yeraltı təkanların ocağı 17 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti