Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında vasitəli sülh danışıqlarının aktivləşməsi fonunda Cənubi Koreyanın bir sıra aparıcı şirkətləri, o cümlədən “LG Electronics”, “Samsung” “Hyundai”, “Kia” Rusiya bazarına qayıtmağın mümkünlüyünü və bunun rentabelliyini araşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.
Məlumata görə, rəsmi Kiyev və Moskva arasında sülh razılaşması əldə olunsa, bu Rusiyaya qarşı beynəlxalq sanskiyaların ləğvi ilə nəticələnəcək ki, Koreya şirkətlərinin bu ölkədə öz biznes fəaliyyətlərini davam etdirməsinə imkan verəcək.
Qeyd edilir ki, 140 milyondan çox əhalisi olan Rusiya Koreya mallarının satışı üçün ən önəmli bazarlardandır və Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji qovşaq kimi xidmət göstərir.
Cənubi Koreya XİN-in məlumatına görə, beynəlxalq sanksiyaların tətbiqinə qədər 2021-ci ildə Koreya və Rusiya arasında ikitərəfli ticarət dövriyyəsi 29.9 milyard dollar həcmində olub.