...

Kosmosda potensial həyat mənbəyi aşkarlanıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 09:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyadan olan alimlər başqa ulduzun ətrafında dövr edən uzaq bir planetdə potensial həyat izləri aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şərti adı “K2-18b” olan planeti tədqiq edən kembricli tədqiqatçılar orada üzvi molekullar aşkarlayıb. Həmin molekullar Yer planetində ancaq bəsit canlı orqanizmlər tərəfindən istehsal olunur.

Bu, NASA-nın Ceymz Uebb Kosmik Teleskopu tərəfindən planetdə aşkarlanmış həyat mənbəyi ola biləcək kimyəvi birləşmələrlə bağlı ikinci tapıntıdır.

Bununla belə, alimlər və müstəqil astronomlar nəticələrin tam isbat olunması üçün daha çox məlumata ehtiyac olduğunu vurğulayırılar.

Kembricin aparıcı tədqiqatçısı, professor Nikku Madhusudhan bildirib ki, yaxın zamanda həlledici sübutun əldə olunacağına ümid edir:

"Bu, orada həyat ola biləcəyinə dair indiyədək ən güclü sübutdur. Real olaraq deyə bilərəm ki, bu siqnalı bir-iki il ərzində təsdiqləyə bilərik".

K2-18b Yer kürəsindən iki yarım dəfə böyükdür və bizdən yeddi yüz trilyon mil uzaqlıqdadır", - deyə alim bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti