Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukrayna Vaşinqtonla nadir torpaq metalları ilə bağlı dərhal saziş imzalayacaq.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nadir torpaq metalları ilə bağlı ABŞ ilə çox vacib sazişə dair yekun sənədləri imzalamayıb", - deyə ABŞ prezidenti bildirib.
O qeyd edib ki, imzalanma artıq "ən azı üç həftə" gecikdirilib.
"Ümid edirəm ki, o, dərhal imzalanacaq", - deyə D.Tramp vurğulayıb.