Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli səylərini yüksək qiymətləndirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Rusiya ilə Ukrayna arasında ümumi sülh sazişi üzərində iş axıcı şəkildə gedir", - deyə o bildirib.
Qeyd edək ki, aprelin 25-də Rusiya prezidenti Vladimir Putin və Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında ilin əvvəlindən dördüncü görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, söhbət üç saat davam edib və “konstruktiv və çox faydalı” olub.