...

Tramp Ukrayna sazişinin əsas bəndlərinin əksəriyyətinin razılaşdırıldığını açıqlayıb

Dünya xəbərləri Materials 26 Aprel 2025 03:47 (UTC +04:00)
Tramp Ukrayna sazişinin əsas bəndlərinin əksəriyyətinin razılaşdırıldığını açıqlayıb

Bakı. Trend:

Ukrayna sazişinin əksər bəndləri razılaşdırılıb, tərəflər “çox yüksək səviyyədə” görüş təşkil etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Yenicə Romaya eniş etdik. Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün yaxşı gündür. Onlar razılığa çox yaxındırlar və indi hər iki tərəf “razılığa dəlmək” üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas məqamların əksəriyyəti razılaşdırılıb", - deyə o bildirib.

ABŞ fevral ayından bəri Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə çalışır. Apreldə Vaşinqton tərəflərə xəbərdarlıq etmişdi ki, Amerika tərəfinin təkliflərinə müsbət cavab verməsələr, danışıqlar prosesindən çıxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti