...

ABŞ Polşaya 400 ədəd AIM-120D raketi satmaq planını təsdiqləyib

Dünya xəbərləri Materials 30 Aprel 2025 01:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Polşaya 1,33 milyard dollar dəyərində 400 ədəd AIM-120D hava-hava tipli raketin satışını təsdiqləyib.

Trend xəbər verir ki, Müqavilə ABŞ hökuməti ilə xarici ölkələr arasında hərbi texnika və silah tədarükünü tənzimləyən hökumətlərarası proqram çərçivəsində həyata keçiriləcək.

Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin yaydığı məlumata görə, paketə yalnız raketlər deyil, həm də onların nəqli üçün konteynerlər, istiqamətləndirici sistem dəstləri, proqram təminatı, ehtiyat hissələri və digər yardımçı avadanlıqlar daxildir.

Bu razılaşma Polşanın hərbi hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq və NATO çərçivəsində müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti