...

Elektrik enerjisinin kəsilməsi İspaniya iqtisadiyyatına 1 milyard avroya qədər zərər vura bilər

Dünya xəbərləri Materials 30 Aprel 2025 02:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya iqtisadiyyatı ötən gün yaşanan irimiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən 1 milyard avroya qədər itki ilə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə ölkənin “The Objective” nəşri öz qiymətləndirməsini təqdim edib.

Qəzetin məlumatına görə, itkilərin əsas hissəsi sənaye və xidmət sahələrinin fəaliyyətindəki dayanma ilə bağlıdır. İspaniyanın gündəlik ümumi daxili məhsulu 4 milyard avrodan çoxdur, bunun təxminən 575 milyon avrosu sənaye, 500 milyon avrosu isə xidmət sektorunun payına düşür.

Qeyd edək ki, elektrik enerjisinin kəsilməsi aprelin 28-də baş verib. Hadisə İspaniya ilə yanaşı Portuqaliya, Fransa və Andorranın bəzi bölgələrini də əhatə edib, milyonlarla insan işıqsız qalıb. İspaniyanın enerji operatoru Red Electrica-nın verdiyi məlumata əsasən, təchizat artıq 99,16 faiz səviyyəsində bərpa olunub.

Portuqaliya və İspaniyada baş verən elektrik böhranı yerli vaxtla saat 12:20 radələrində başlayıb və çərşənbə axşamı səhərə qədər demək olar ki, tamamilə aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti