...

Ərdoğan Suriya prezidenti Əhməd Şara ilə görüşüb

Dünya xəbərləri Materials 24 May 2025 20:21 (UTC +04:00)
Ərdoğan Suriya prezidenti Əhməd Şara ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya prezidenti Əhməd Şara ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Görüşdə Türkiyə ilə Suriya arasındakı ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin indiyə qədər olduğu kimi Suriyanın yanında olmağa davam edəcəyinə inandığını bildirib.

ABŞ və Aİ-nin Suriyaya qarşı sanksiyaların ləğvi qərarından sonra ilk səfərini Türkiyəyə edən Əmhəd Şaraya R.T.Ərdoğan Türkiyənin sanksiyaların aradan qaldırılmasını alqışladığını, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, ölkə və ordunun vahid mərkəzdən idarə olunmasının vacib olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti