Bakı. Trend:
İsrail və HƏMAS hərəkatı Qəzza bölgəsində 60 gün müddətinə atəşkəsin elan olunması istiqamətində danışıqlar aparır.
Trend xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, belə bir təklif amerikalı vasitəçi Bişara Bəhbəh tərəfindən irəli sürülüb.
Təklif 60 günlük atəşkəslə yanaşı, HƏMAS-ın nəzarətində olan 10 əsirin ikimərhələli şəkildə azad edilməsini nəzərdə tutur.