...

HƏMAS-ın İsrailə təhvil verdiyi tabutda israilli girovların qalıqları olmayıb - Netanyahunun ofisi

Dünya xəbərləri Materials 3 Dekabr 2025 12:29 (UTC +04:00)
HƏMAS-ın İsrailə təhvil verdiyi tabutda israilli girovların qalıqları olmayıb - Netanyahunun ofisi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS tərəfindən İsrailə təhvil verilmiş tabutda israilli girovların qalıqları olmayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

“Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda keçirilmiş şəxsiyyətin müəyyənləşdirilməsi proseduru başa çatdıqdan sonra müəyyən edilib ki, dünən Qəzza sektorundan gətirilmiş qalıqlar iki həlak olmuş girovdan heç birinə aid deyil”, – bəyanatda bildirilir.

Qeyd edək ki, dekabrın 2-də İsrail hərbçiləri Qəzza sektorunda daha bir tabutda qalıqlar qəbul ediblər. Tabutda Qəzzada həlak olmuş İsrailli əsirlərin qalıqlarının olduğu iddia olunurdu. Onlar İsrail ərazisinə gətirilib və identifikasiya prosedurundan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti