...

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə zərbələr endirib

Dünya xəbərləri Materials 7 Yanvar 2026 10:33 (UTC +04:00)
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə zərbələr endirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin cənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə zərbələr endirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Koalisiya düşərgələri tərk edən qüvvələri izləyib və onları Əd-Dali əyalətində Əl-Zənd düşərgəsinin yaxınlığında yerləşən bir binada aşkar edərək məhdud, qabaqlayıcı zərbələr endirib”, – deyə koalisiya qüvvələrinin general-mayoru Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, zərbələrin məqsədi separatçı qüvvələri sarsıtmaq və CKŞ sədri Aidarus əz-Zubeydinin münaqişəni daha da gərginləşdirmək cəhdinin qarşısını almaq olub.

Daha əvvəl mətbuatda yayılan məlumata görə, əz-Zubeydi Yəmənin cənubunda münaqişənin nizamlanmasının müzakirə ediləcəyi forumda iştirak etmək üçün onu Ər-Riyada aparmalı olan hava reysinə gəlməyib. Separatçı hərəkatın liderinin harada olduğu məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti