...

BMT TŞ qeyri-rəsmi görüşdə İranla bağlı məsələni müzakirə edəcək

Dünya xəbərləri Materials 6 May 2006 14:14 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası üzvlərinin İranın uranın zənginləşdirilməsini dayandırmaq tələbinin öz əksini tapdığı qətnamənin layihəsi ilə bağlı bütün ziddiyyətləri aradan qaldırmaq üçün mayın 6-da günün 2-ci yarısında qeyri-rəsmi görüş keçirəcək. İclasdan əvvəl TŞ-nin 5 daimi üzvü vahid mövqeyə gəlməyə çalışacaq.

Qərb ölkələri Tehranın nüvə proqramını dinc məqsədlərlə hazırlamasına inanmır.

Fransa və Britaniya ABŞ-a dəstək olaraq BMT TŞ-nin qətnaməsinin layihəsində uranın zənginləşdirilməsi planından əl çəkməyəcəyi təqdirdə İranı görüləcək tədirlərlə hədələyir.

Veto hüququna malik olan Rusiya və Çin isə diplomatik prosesin sonda Tehrana qarşı sanksiyaların tətbiq olunmasına və ya hətta müharibənin başlanmasına səbəb olacaq bu cür başlanğıcından narahatdır.

Bu ölkələr həm də layihədə öz əksini tapmış İranla əməkdaşlıq edən ölkələrin bu proqramın gerçəkləşdirilməsi üçün faydalı ola biləcək texnologiya tədarük etməyi dayandırmaq çağırışından narazıdır.

ABŞ və Avropa ölkələri ümid edir ki, TŞ qətnaməni bazar ertəsi xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünədək qəbul edə biləcək. Bunun baş tutması üçün TŞ üzvləri bir neçə saat ərzində mürəkkəb danışıqları başa vurmalıdır. Bu barədə BBC Russian xəbər verir.

Xəbər lenti

Xəbər lenti