...

Türk köklərinə mənsub olmayan şəxslər Türkiyədə emiqrant hesab olunmayacaq

Dünya xəbərləri Materials 24 İyun 2006 12:17 (UTC +04:00)

Türkiyə Milli Məclisi Komissiyası yeni qanun layhiəsini nəzərdən keçirib. Bu qanuna əsasən, türk köklərinə malik olmayan şəxslər emiqrant sayılmayacaq.

Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, bundan başqa əvvəllər təhlükəsizliklə bağlı ölkədən çıxarılmış digər dövlətlərdən olan türk mənşəli şəxslərə və ya xaricilərə də emiqrant statusu verilməyəcək.

Bu və ya digər şəxsin türk köklərinə mənsubluğunun tanınması məsələsi hökumət şurasında Türkiyə XİN-in müvafiq qurumu ilə razılaşdırma əsasında nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti