Gürcüstanın energetika sektorunda özəlləşdirmə prosesi praktiki olaraq başa çatıb. Trend "Kavkaz-press"a istinadən xəbər verir ki, yalnız İnquriHES, Vardnil HES, Elektrik Enerjisinin Dispetçerizasiya Mərkəzi, yüksək gərginlikli şəbəkə və Gürücstanın "Şimal-Cənub" magistral qaz kəməri dövlətin mülkiyyətində qalacaq. Bu barədə jurnalistlərə Gürücstanın energetika naziri Nika Gilauri bildirib.
"Özlləşdirilməsi planlaşdırılan hər şey hazırkı mərhələdə satılıb" - deyə nazir vurğulayıb. Onun dediklərinə görə, gələcəkdə yalnız bir neçə kiçik HES-nın özəlləşdirilməsi mümkündür.