...

ABŞ səfiri Treysi Ann Ceykobson Aşqabaddakı diplomatik missiyasını başa vurub

Dünya xəbərləri Materials 5 İyul 2006 19:27 (UTC +04:00)

Türkmənistan prezidenti Saparmurat Niyazov bir gün əvvəl Amerika Birləşmiş Ştatlarının səfiri xanım Treysi Ann Ceykobsonu qəbul edib. Səfir artıq Aşqabaddakı diplomatik missiyasını başa vurub.

Saparmurat Niyazov səfiri və onun simasında bütün Amerika xalqını Amerika Birləşmiş Ştatlarının Müstəqillik günü münasibətilə təbrik edib və onlara sülh və əminamanlıq arzulayıb.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər təhsil, səhiyyə sahəsində, təhlükəsizliyin təmin olunması məsələlərində yaxınlaşma tendensiyalarını qeyd ediblər.

Türkmənistandakı demokratik islahatların reallaşma mövzusu, o cümlədən, müasir türkmən cəmiyyətinin demokratik yenidənqurmanın əsas prinsiplərinə də ayrıca toxunulub. Bu kontekstdə tərəflər demokratik, alternativ əsasda bu yaxınlarda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə hazırlığı müzakirə ediblər və xalq hakimiyyətinin effektiv institutunun formalaşması üçün keçirilən demokratik proseslərin mühümlüyünü qeyd ediblər.

Treysi Ann Ceykobson bildirib: "Mən hər zaman yenidən Türkmənistana qayıtmağıma sevinəcəyəm". Ölkə haqqında təəssüratlarını bölüşən səfir Türkmənistan xalqına heyran olduğunu bildirib.

"Mən üç il ərzində Türkmənistanda yaşayıb işlədiyimə görə çox şadam. Mən burada gözəl, qonaqpərvəp insanlarla tanış oldum. Türkmən xalqına ürəkdən öz minnətdarlığımı bildirirəm", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti