...

Basayev mobil telefonun zəngi ilə tapılıb

Dünya xəbərləri Materials 11 İyul 2006 18:29 (UTC +04:00)

Şamil Basayevin yerini mobil telefonun zəngi ilə təyin edərək, onu raket zərbəsi ilə öldürüblər.

Bu barədə çərşənbə axşamı Rusiyanın Cənub federal dairəsinin güc strukturları xəbər verib. "İçkeriya prezidenti Cövhər Dudayev də 1996-cı ilin aprel ayında analoji üsulla öldürülüb", - deyə PRAYM-TASS-ın həmsöhbəti bildirib.

Trend in verdiyi xəbərə görə, Rusiya FTŞ-nin ictimai əlaqələr mərkəzində bu məlumata dair heç bir şərh verilməyib. Bir gün əvvəl RF FTŞ bildirib ki, Basayev İnquşetiyadakı xüsusi əməliyyat nəticəsində öldürülüb. Onunla bir yerdə daha 12 hərbçi, eyni zamanda respublikanın DİN başçısının müavininə qarşı böyük terror aktının təşkilatçısı Ali Taziyev də məhv edilib.

Xəbər lenti

Xəbər lenti