...

Timoşenko Ukraynada Milli Xilasetmə Komitəsi yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 14 İyul 2006 20:00 (UTC +04:00)

Ukraynanın Ali Radasında kəskin mövqeyə keçən Yuliya Timoşenko Bloku (YTB) Milli Xilasetmə Komitəsi (MXK) yaratmağı planlaşdırır. Bu barədə RİA Novosti-yə cümə günü parlamentdən bildiriblər.

Trend in RİA Novosti-yə istinadən xəbər verdiyi kimi, Radada "Bizim Ukrayna" blokunun iştirakı ilə geniş koalisiyanın yaranma ehtimalı ilə əlaqədar, bu fikir ötən cümə axşamı blokun ali rəhbərliyi tərəfindən müzakirə edilib.

"Əgər belə koalisiya yaradılsaydı, YTB-çilər, deputat səlahiyyətlərindən imtina etməyərək, Ukrayna Evinin (Kiyevin mərkəzində) binasını ələ keçirməyi, Milli Xilasetmə Komitəsinin yaradılmasını və Radanı boykot elan etməyi planlaşdırırdılar", - deyə parlamentdəki mənbədən bildiriblər.

Bu halda YTB əhalini hökümət orqanlarına tabe olmamağa, Kiyevdə və başqa şəhərlərdə kütləvi mitinqlər, tətillər və digər etiraz aksiyaları keçirməyə çağırmağı planlaşdırırdılar.

"MXK parlamentin buraxılmasını, prezident Yuşenkonun istefasını və hakimiyyətin müvəqqəti olaraq Komitə üzvlərinə verilməsini tələb edə bilərdi", - deyə mənbədən bildiriblər. Həmçinin istisna edilməyib ki, əgər prezident yaxın bir neçə gün ərzində Radanı buraxmazsa və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi barədə elan etməzsə, YTB bu ssenariyə əl ata bilər.

Xəbər lenti

Xəbər lenti