...

Türkiyədə SQ bölmələrini İraq və İran sərhəddinə göndərməyə başlayıblar

Dünya xəbərləri Materials 18 İyul 2006 19:00 (UTC +04:00)

Ankara türk Silahlı Qüvvələrinin bölmələrini İraq və İran sərhədinə göndərməyə başlayıb. Buradan qadağan olunmuş Kürd İşçi Partiyasının (KİP) hərbçiləri Türkiyə ərazisinə daxil ola bilər. "Doqan" agentliyinin bu gün verdiyi xəbərə görə, ölkənin şərqində və mərkəzindəki hərbi bazalardan səfərbər edilmiş şəxsi heyət, həmçinin zirehli avtomobil və tank bölmələri Həkəri və Van əyalətlərində mövqe tutublar.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, hərbçilərə KİP hərbçiləri tərəfindən Türkiyə ərazisinə daxil olmaq üzrə istənilən cəhdlərin aradan qaldırılması tapşırılıb. Bunun üçün xüsusi patrul qrupları yaradılıb. Agentliyin qeyd etdiyi kimi, hazırda İraq və İran sərhədinə yaxın dağ rayonlarında çoxlu sayda toqquşmalar və hərbçilərlə atışmalar baş verir.

Qoşunlar bir gün əvvəl keçirilimiş Türkiyə Nazirlər Şurasının iclasından sonra göndərilməyə başlayıb. İclasda son günlərdə çoxalmış hərbi hücumları nəzərə alaraq, terrorla mübarizə tədbirləri müzakirə edilib.

Ədliyyə naziri Cəmil Çiçək həmçinin türk qoşunları tərəfindən İraq ərazisində, Türkiyə sərhədinə yaxın rayonlarda antiterror əməliyyatlarının keçirilmə ehtimalı barədə də xəbər verib. Bununla əlaqədar o bildirib ki, terrorla mübarizə hüququ beynəlxalq konvensiyalar və ölkənin daxili qanunları ilə təsbit edilib. "Biz sona qədər ekstremizmlə mübarizəni davam etdirəcək, beynəlxalq konvensiya və sazişlərin müddəalarından istifadə edərək, əlimizdən gələn hər şeyi edəcəyik", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti