...

Ukraynalılar Cənubi Osetiyadakı mineral daş ehtiyatı ilə maraqlanıblar

Dünya xəbərləri Materials 20 İyul 2006 19:09 (UTC +04:00)

Ukrayna investorları qondarma Cənubi Osetiya respublikasına sərmayə qoymağa hazırdırlar. Bu barədə junralistlərə qondarma hökümətin ticarət palatasının prezidenti Roin Kozayev bildirib.

Onun sözlərinə görə, meşə materiallarının emal istehsalatına və bu bölgənin zəngin olduğu mineral daşların emalı biznesinə sərmayə qoymağa hazır olan iş adamları var.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, Kozayev qeyd edib ki, Cənubi və Şimali Osetiya arasında mövcud olan gömrükxana investisiya layihələrinin həyata keçirilməsinə mane olur. "Bu gömrükxana nə qədər tez ləğv olunsa, o qədər tez Sxinval bölgəsinə sərmayələr daxil olmağa başlayacaq", - deyə Kozayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti