...

İraqda 6 gürcü sülhməramlısı yüngül xəsarət alıb

Dünya xəbərləri Materials 28 İyul 2006 11:54 (UTC +04:00)

İraqda sülhyaratma missiyasını icra edən 6 gürcü sülhməramlısı yüngül xəsarət alıb. Gürcüstanın güc strukturlarındakı mənbələrin Trend in bu ölkədəki xüsusi müxbirinə verdiyi məlumata görə, sülhməramlılar yüngül yaralanıb və onlara hətta stasionar yardımın göstərilməsinə də ehtiyac olmayıb.

Onlar artıq patrul xidmətini bərpa edib. Baakubadakı blokpostda partlayış bu gün baş verib. Burada RQD tipli qumbara partlayıb. Hazırda İraqda 859 gürcü sülhməramlısı xidmət edir. Qeyd etmək lazımdır ki, İraqda olduqları 3 il ərzində gürcüstanlı hərbi qulluqçular 3 dəfə təhlükəyə məruz qalıb. Yalnız bir partlayış zamanı bir hərbi qulluqçu ciddi xəsarət alıb və əlil olub.

Xəbər lenti

Xəbər lenti