...

Ukrayna Rusiya poliqonunda raketdən atəş açmaq niyyətindədir

Dünya xəbərləri Materials 1 Avqust 2006 18:42 (UTC +04:00)

Ukraynanın Müdafiə Nazirliyi Çita vilayətində RF HHQ-nin döyüş tətbiqi mərkəzinin poliqonunda sentyabrın 4-dən 8-ə qədər C-200 və C-300 zenit-raket komplekslərindən atəş açmaq niyyətindədir. Bu ehtimalın müzakirə edilməsi üçün Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin rəisi general-leytenant Nikolay Botov bu gün Rusiyaya gəlib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, tərəflər döyüş atəşlərinin açılması üzrə müqavilənin ilkin şərtlərini və onun imzalanmasının mümkün variantlarını müzakirə edəcəklər. Atəşlərin idarə olunma qaydası və silah-hərbi texnikanın vəziyyətinin qiymətləndirilməsinin, zenit idarə olunan raketlərin hazırlığının, həmçinin hava qüvvələrinin zenit -raket hissələrinin şəxsi heyətinin yerləşdirilməsinin sosial-məişət şərtlərinin razılaşdırılması planlaşdırılıb. Ukraynanın nümayəndə heyətinin səfəri avqustun 5-ə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti