Gürcü məktəbləri 12 illik təhsilə keçir
Gürcüstanın orta təhsil müəssisələri yeni, on iki illik təhsil sisteminə keçir. Bu barədə Gürcüstanın elm və təhsil naziri Aleksandr Lomaya bildirib.
"Birinci sinif şagirdlərindən başlayaraq və bu il 10-cu sinifə keçən şagirdlərə qədər hamı yeni sistemlə oxuyacaq. Orta təhsil haqqında attestatı almaq üçün şagirdlər 11 ilin əvəzinə 12 il oxuyacaqlar", - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni 12 illik sistem üzrə təhsil yay tətilinin qurtardığı gün - 18 sentyabr 2006-cı ildən qüvvəyə minir. Bu barədə Trend Kavkaz-pressə istinadən xəbər verir.