...

2016-cı ilədək "LUKOYL" şirkətinin sərmayələri 100 mlrd dollardan çox olacaq

Dünya xəbərləri Materials 5 Sentyabr 2006 17:32 (UTC +04:00)

Dünən Sankt-Peterburqda "Lukoyl"un Direktorlar Şurasında şirkətin yeni investisiya proqramı qəbul olunub. Proqramın 2016-cı ilədək həyata keçirilməsi və 100 mlrd dollardan çox sərmayənin verilməsi nəzərdə tutulub. Məhsulların emal seqmenti və satışı üzrə bu rəqəm 35 mlrd dollardan çox olacaq. Bu barədə sentyabrın 5-də "Lukoyl" ASC-nin birinci vitse-prezidenti Vladimir Nekrasov Vısotsk şəhərində bildirib. Şirkətin ictimai əlaqələr departamentinin rəisi Aleksandr Vasilenko qeyd edib ki, investisiya proqramının müfəssəl təqdimatı 18 sentyabr 2006-cı il tarixində Nyu-Yorkda keçiriləcək. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti