...

Saakaşvili Avropa İttifaqına gedən yolda Polşadan dəstək istəyir

Dünya xəbərləri Materials 7 Sentyabr 2006 18:15 (UTC +04:00)

Gürcüzstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda Polşa tərəfindən dəstəyə ehtiyacı var. "Polşa bizim gözəl gələcəyə, Avropaya gedən yolda bələdçimiz ola bilər", - deyə Saakaşvili Krınitsa-Qursda (Polşa) keçirilən "Krınitsa-2006" beynəlxalq iqtisadi forumunda bəyan edib.

"Kavkaz-press"ə istinadən Trend in xəbər verdiyi kimi, Gürcüstan prezidenti vurğulayıb ki, beynəlxalq ictimaiyyət Gürcüstana diqqətlə yanaşmalıdır. "Biz avropalı olmaq istəyirik", - deyə o bildirib.

M.Saakaşvilinin sözlərinə görə, bu o demək deyil ki, Gürcüstana "xilasedici dairə" atmaq lazımdır. Avropa ölkəsi olmaq üçün Gürcüstan özü bütün işləri görməyə hazırdır.

Lakin "tanınmadan Aİ ilə münasibətləri qurmaq çətindir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti