...

Gürcüstanda daha bir müxalifət nümayəndəsi saxlanılıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 17:11 (UTC +04:00)

Bu gün Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən müxalifət Gürcüstan Mühafizəkar Partiyasının fəalı Georgi Odzeli saxlanılıb. O, ölkənin iki məşhur müxalifət partiyasının daxil olduğu müxalifət blokunun seçki qərargahının rəhbərlərindən biridir. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, müxalifət blokuna mühafizəkarlarla yanaşı Respublika Partiyası da daxildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi isə Georgi Odzelinin tutulmadığı, onun yalnız cinayət işlərindən biri üzrə istintaqa cəlb olunduğu barədə məlumat yayıb.

Xatırladaq ki, Gürcüstan DİN-in xüsusi əməliyyatları zamanı sentyabrın 6-da Tbilisidə və ölkənin digər şəhərlərində "Ədalət" müxalifət partiyasının lideri İqor Georqadzenin 29 tərəfdarı saxlanılıb. Onlardan 13-ü silahlı dövlət çevrilişinə cəhddə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti