...

Avropa Parlamentinin başçısı Livana yola düşür

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 13:58 (UTC +04:00)

Sentyabrın 15-də Avropa Parlamentinin sədri Xosep Borrel Beyrutda Livan hökumətinin nümayəndələri ilə görüşəcək.

Avropa Parlamentinin mətbuat xidmətindən RİA "Novosti" agentliyinə verilən məlumata görə, ikigünlük səfərdə məqsəd Livan xalqının Avropa Parlamenti tərəfindən dəstəkləndiyini nümayiş etdirməkdən ibarətdir.

Trend in xəbər verdiyi kimi, X.Borrel ölkənin baş naziri Fuad Sinyora, XİN başçısı Tarek Mitri və Livan parlamentinin beynəlxalq işlər sədri Abdel Lətif el Zeynlə Livan-İsrail münaqişəsinin nizamlanması və Livan xalqına humanitar yardımın çatdırılması məsələlərini müzakirə edəcək. Avropa Parlamenti BMT-nin Livandakı sülhməramlı kontingentinə 700 minədək əsgərin, o cümlədən öz nümayəndə heyətinin göndərilməsi ilə bağlı AB ölkələrinin qərarını təqdir edib.

Xəbər lenti

Xəbər lenti