...

Corc Buş: İraq müharibəsi dünyada terror əhval-ruhiyyəsinin güclənməsinə səbəb olmayıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2006 17:05 (UTC +04:00)

İraq müharibəsi dünyada terror əhval-ruhiyyəsinin güclənməsinə səbəb olmayıb. Bu barədə ABŞ prezidenti Corc Buş bəyan edib. Onun sözlərinə görə, İraqda gedən hərbi kampaniyanın radikal islamçıları terror aktları törətməyə təhrik etməsini düşünmək düzgün deyil. "Bəziləri düşünür ki, İraqa qoşunların yeridilməsi səhv addım olub. Mən bu fikirlə qətiyyən razı deyiləm", - deyə C.Buş vurğulayıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Bundan əvvəl ABŞ kəşfiyyat xidmətlərinin dərc etdiyi hesabatda deyilirdi ki, İraq müharibəsi terror təhlükəsini artırıb və ekstremistlərin sayının artmasına səbəb olub. ABŞ-ın bütün 16 kəşfiyyat xidmətinin məlumatı əsasında hazırlanmış 30 səhifədən ibarət hesabat "Beynəlxalq terrorçuluğun istiqamətləri: ABŞ-ın rolu" adlanır. Bu, İraq müharibəsi başlandıqdan bəri həmin mövzuda birinci hesabatdır. Hesabatda deyilir ki, ABŞ-ın fəaliyyətinin bir nöqtədə cəmlənməsi və növbəti nizamsızlıqlar terrorçular üçün əsas stimul olub. Bu barədə (S) Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti