...

ÇXR və Fransa 150 ədəd A-320 təyyarəsinin tədarükü haqqında saziş bağlayıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2006 11:25 (UTC +04:00)

Çin və Fransa 150 ədəd A-320 təyyarəsinin tədarükü haqqında saziş bağlayıb. Bundan başqa, hər iki ölkə ÇXR ərazisində "Erbas" konserninin quraşdırma müəssisəsinin tikintisi ilə bağlı qəti razılıq əldə edib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.

Bu xəbər ÇXR sədri Xu Tsintao və bu ölkədə rəsmi səfərdə olan Fransa prezidenti Jak Şirak arasında Pekində başa çatmış danışıqlardan sonra məlum olub.

Fransa konserninin rəhbəri Lui Qalluanın sözlərinə görə, laynerlər Çinə 2009 2012-ci illər ərzində tədarük olunacaq. Sövdələşmənin dəyəri açıqlanmır. Avropadan kənarda ilk "Erbas" quraşdırma müəssisəsi Çinin Tyantsin meqapolisində yaradılacaq. Ancaq tarix barədə hələlik məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti