...

Tiflisdə Çiatura şaxtaçılarının 120 min lari məbləğində məvacibləri oğurlanıb

Dünya xəbərləri Materials 30 Noyabr 2006 17:00 (UTC +04:00)

Noyabrın 30-da naməlum cinayətkarlar tərəfindən Çiatura (İmereti regionu) şaxtaçılarının məvacibi kimi nəzərdə tutulmuş 120 min lari oğurlanıb. Hələlik şəxsiyyətləri müəyyən edilməmiş cinayətkarlar günün ikinci yarısında Çiatrura mədən idarəsinin mühasibat otağına girib və silahla hədələyərək oradakı bütün nağd pulu aparıb.

Trend in Tiıflisdəki xüsusi müxbirinə verilən məlumuta görə, qarətçiləri tapmaq üçün polis qüvvələri səfərbərliyə alınıb. Çiaturadan bütün giriş və çıxışlar bağlanılıb.

Xəbər lenti

Xəbər lenti