...

Braziliyada leysan yağışları nəticəsində 50 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Yanvar 2007 16:36 (UTC +04:00)

Braziliyanın cənub-şərqində ilin ilk həftəsi davam edən leysan yağışları nəticəsində əlli adam həlak olub. Rio-De Janeyro ştatına təbii fəlakətin qurbanlarının əksəriyyəti Rio-De Janeyro ştatının payına düşür.

Əsasən faciəvi hadisələr yoxsul rayonlarda baş verir, burada evlər yerdən tikilir və tikinti normalarına riayət olunmur. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Braziliyanın cəmi dörd cənub-şərqi ştatında 2 minə yaxın adam evsiz qalıb, 13 min nəfər yeni qurbanlardan qaçaraq evaukasiya olunub. Rio-de Janeyronun bir çox ştatlarında fövqəladə vəziyyət elan olunub. Sinoptiklərin proqnozları ümidverici deyil. Güclü yağışlar gətirən soyuq axın Braziliyanın cənub-şərqində gələn həftənin sonunadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti