İndoneziyada quş qripindən bir yeniyetmə vəfat edib
Quş qripindən İndoneziyanın 14 yaşlı sakini vəfat edib. Bu barədə Assoşieyted Press agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Yeniyetmənin virusa yoluxması təsdiq olunduqdan dörd gün sonra o vəfat edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Quş qripindən son ölüm faktı noyabrın sonunda qeydə alınıb. O zaman H5N1 virusundan Qərbi Yava əyalətinin 35 yaşlı sakini vəfat edib.
Beləliklə, İndoneziyada quş qripindən vəfat edənlərin sayı 58 nəfərə çatıb.