...

Türkmənistan ATƏT müşahidəçilərini seçkilərə dəvət edib

Dünya xəbərləri Materials 22 Yanvar 2007 17:55 (UTC +04:00)

Türkmənistan rəhbərliyi ATƏT müşahidəçilərini bu il fevralın 11-də keçiriləcək prezident seçkilərində iştirak etməyə dəvət edib. Prezident Saparmurat Niyazovun ölümü ilə əlaqədar seçkilər vaxtından əvvəl keçirilir.

Trend gazeta.ru saytına istinadən xəbər verir ki, ilk dəfə seçki bülletenlərində birdən çox ad olacaq.

ATƏT-dən verilən xəbərə görə, təşkilatın standart müşahidə missiyasının formalaşdırılması üçün vaxtı yoxdur, ona görə də o, Türkmənistana ekspertlər komandasını göndərəcək.

Xəbər lenti

Xəbər lenti