...

Qazaxıstan başçısının AFR-ə rəsmi səfəri davam edir

Dünya xəbərləri Materials 31 Yanvar 2007 16:51 (UTC +04:00)

Dövlət başçısı Nursultan Nazarbayevin Almaniya Federativ Respublikasına rəsmi səfəri davam edir. Bu barədə çərşənbə günü prezidentin mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan prezidenti AFR bundestaqında olub və bundestaqın sədri Norber Lammertlə görüşüb. Bu barədə Trend www.gazeta.kz saytına istinadən xəbər verir.

"Görüş zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri və parlamentlərarası əlaqələrin möhkəmlənməsi müzakirə olunub. Danışıqların sonunda bundestaq üzrə ekskursiya keçirilib. Qazaxıstan prezidenti bundestaqın günbəzindən Berlinin mənzərəsinə baxıb", - deyə mətbuat xidmətindən bildirilib.

Elə həmin gün Qazaxıstan başçısı AFR-in federal prezidenti Xerst Kellerlə görüşüb. "Görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə məsələlərin geniş dariəsi müzakirə olunub", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti