...

BMT baş katibi Niderlanda səfər edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2007 10:25 (UTC +04:00)

BMT baş katibi Pan qi Mun cümə axşamı Niderlanda səfər edəcək. Bu barədə Hollandiya Dövlət İnformasiya Xidməti məlumat verib.

Qaaqada o, Avropa və Affrika üzrə ilk turnesini başa vuracaq.

Pan Qi Mun Niderland kraliçası Beatriks tərəfindən qəbul ediləcək, baş nazir Yan Peter Balkenende ilə görüşəcək. "RİA Novosti" agentliyinə istinadən Trend xəbər verir ki, Balkenende BMT baş katibinin şərəfinə nahar ziyafəti verəcək, burda həmçinin Niderland xarici işlər naziri Bernard Bot, inkişaf məqsədilə əməkdaşlıq naziri Aqnes van Ardenne və müdafiə naziri Xenk Kapm iştirak edəcək.

Pan Qi Mun həmçinin Qaaqada yerləşən BMT Beynəlxalq Məhkəməsində, Beynəlxalq Cinayət Məhkəməsi və keçmiş Yuqoslaviya üçün Beynəlxalq Tribunalda olacaq.

Xəbər lenti

Xəbər lenti