...

Bu gün prezident Putin mətbuat konfransı keçirəcək

Dünya xəbərləri Materials 1 Fevral 2007 12:32 (UTC +04:00)

Prezident Putin bu gün altıncı dəfə Kremldə Rusiya və xarici jurnalistlər üçün hər il keçirilən mətbuat konfransında iştirak edəcək. Mətbuat konfransı Moskva vaxtı ilə 12:00-da başlayacaq.

Dövlət başçısı bu cür mətbuat konfranslarını "yaxşı ənənə" sayır, belə ki, bu konfranslar ona "daxili və xarici siyaəstin əsas məsələləri" ilə bağlı suallara cavab vermək imkanı verir.

Jurnalistlərlə bu görüşlər siyasi ilə yekun vurur. Rezident jurnalistlərin suallarına nə mövzu, nə də vaxt baxımından məhdudiyyət qoymur. Suallar Rusiyanın daxili və xarici siyasətinin bütün sahələrini əhatə edir. Trend xəbər verir ki, görüşlər sərbəst rejimdə keçirilir.

Jurnalistlər Kremlin 14-cü korpusunda Dəyirmi zalda toplaşır. Bu zal amfiteatra malikdir ki, bu da arxa sıralarda oturan jurnalistlərin də prezidentlə əlaqə yaratmasına imkan verir.

Bir il öncə Vladimir Putinin jurnalistlərlə analoji görüşü 3 saat 26 dəqiqə sürüb. O zaman zalda federal KİV-ləri təmsil edən 400 jurnalist, regional KİV-ləri təmsil edən 350 nümayəndə, təxminən 280 əcnəbi müxbir iştirak edib. Zalda təxminən 160 telekamera işləyib ki, bunun 50-si xarici telekanallara məxsus olub.

Bu dəfə mətubat konfransına 1000-dən artıq jurnalist yazılıb.

Xəbər lenti

Xəbər lenti