...

NATO baş katibi: "Kosovo presedenti Gürcüstanın münaqişəli bölgələrinə tətbiq olunmayacaq"

Dünya xəbərləri Materials 23 Mart 2007 12:06 (UTC +04:00)

NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə "Novım İzvestiyam"a müsahibəsində NATO-nun baş katibi Yap de Hoop Cxeffer bildirib. O, Koosovo presedentinin Gürcüstandakı münaqişəli zaonalara tətbiqini qətiyyətlə təkzib edib. "Kosovo nə Cənubi Osetiya, nə Abxaziya, nə də ki, ayrılmaq istəyən başqa ərazilər üçün presedent ola bilməz. Məsələn, Serbiya Respublikası (Bosniya və Hersoqoviniyanın rərkibində) yaxud Çeçenistan. Kosovo unikal bir hadisədir",-deyə NATO baş katibi vurğulayıb.

KAVKAZ-PRESS-in verdiyi məlumata görə, Gürcüstanın NATO-ya daxil olma tarixi ilə bağlı mümkün halları şərh etməkdən yayınan NATO baş katibi: "Gürcüstan yenicə olaraq fərdi fəaliyyət planı çərçivəsində əməkdaşlığa başlayıb, NATO ilə intensiv dialoqa malikdir və biz də bu əməkdaşlıq vasitələrindən tam mənada istifadə edirik",-deyə bildirib.

Xəbər lenti

Xəbər lenti