...

Ukrayna prezidenti növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatları şantaj adlandırır

Dünya xəbərləri Materials 12 Aprel 2007 17:18 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski / Ukrayna prezidenti Viktor Yuşenko növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkünlüyü ilə bağlı səslənən bəyanatları şantaj kimi dəyərləndirib. Bu gün Kiyevdə keçirdiyi brifinqdə Yuşenko bildirib ki, heç bir şantaja getməyəcək.

Onun sözlərinə görə, Ukrayna Konstitusiyasında növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün bir neçə səbəb nəzərdə tutulur. Konkret olaraq bunlar prezidentin səhhətinin vəziyyəti, onun vəfatı, impiçment və digərləridir. Yuşenko əmindir ki, bu gün bu səbəblərdən heç birisi əsas gətirilərək növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün istifadə oluna bilməz.

Xəbər lenti

Xəbər lenti