...

Ukraynada müxalifət və koalisiyanın 10 minlərlə tərəfdarı Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirir

Dünya xəbərləri Materials 18 Aprel 2007 15:40 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. " Z.Novosvitski/ Kiyevdə mindən çox koalisiya tərəfdarları və 9 minədək müxalifət tərəfdarları Ukraynanın Konstitusiya Məhkəməsinin binası qarşısında piket keçirirlər. Bu gün Konstitusiya Məhkəməsinin prezidentin parlamentin buraxılması ilə bağlı qərarının legitimliyinə dair iş üzrə ikinci toplantısı başlamalı idi. Lakin bina piketçilər tərəfindən mühasirəyə alındığı üçün bu mümkün olmayıb.

Müxalifət nümayəndələrinin bildirdiyinə görə, xüsusi təyinatlı milis əməkdaşları Konstitusiya Məhkəməsinin binası qarşısında yığılan müxalifətçi deputatları döyüblər.

Parlamentin iclasında spiker Aleksandr Moroz bəyan edib ki, sabah deputatlar Ukrayna daxili işlər naziri Vasili Tsuşko və baş prokuror Aleksandr Medvedkonun Konstitusiya Məhkəməsinin binası ətrafında baş verənlərlə bağlı izahatlarını dinləyəcəklər.

Nəticə etibari ilə Konstitusiya Məhkəməsi 16 nəfərlə (hakimlərin ümumi sayı 18-dir) iclas keçirməli olub. Dünən axşam müxalifət nümayəndələri keçirdikləri brifinqdə bəyan ediblər ki, Konstitusiya Məhkəməsi obyektiv qərar çıxarmaq iqtidarında deyil. Bu münasibətlə müxalifət liderləri - BYT lideri Yuliya Timoşenko, "Bizim Ukrayna" fraksiyasının sədri Vyaçeslav Kirilenko və "Xalq özünümüdafiə" vətəndaş cəmiyyətinin lideri Yuri Lusenko dövlət başçısından Konstitusiya Məhkəməsinin hakimlərini geri çağırmağı tələb ediblər.

Xəbər lenti

Xəbər lenti