...

Ukrayna Konstitusiya Məhkəməsinə 160 deputatın prezidentin 26 aprel sərəncamının konstitusiyaya zidd olması ilə bağlı müraciəti daxil alınıb

Dünya xəbərləri Materials 27 Aprel 2007 16:25 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Bu gün Ukrayna Konstitusiya Məhkəməsində 160 deputatın Ukrayna prezidenti Viktor Yuşenkonun 26 aprel 2007-ci il tarixli "Ukrayna Ali Radasının səlahiyyətlərinin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında" sərəncamının qeyri-konstitusion xarakter daşıması ilə bağlı müraciəti qeydə alınıb. Bu barədə Ukraynanın Regionlar Partiyasının mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində Ukrayna Konstitusiya Məhkəməsinin mətbuat xidməti bəyan edib ki, bu gün 53 deputatın prezidentin 2 aprel 2007-ci il tarixli sərəncamının (parlamentin səlahiyyətlərinin növbədənkənar qaydada dayandırılması) Konstitusiyaya uyğunluğuna dair müraciət ilə bağlı işin baxılması davam edir. Konstitusiya Məhkəməsinin iclası qapalı şəraitdə keçir.

Bəlli olduğu kimi, aprelin 26-da prezident Yuşenko Ali Radaya növbədənkənar seçkilərin tarixini 2007-ci ilin mayın 27-dən iyunun 24-ə keçirən sərəncam imzalayıb. Ukrayna prezidentinin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Vladimir Şapoval hesab edir ki, Konstitusiya Məhkəməsi dövlət başçısının 2 aprel 2007-ci il tarixli sərəncamına baxmaq hüququna malik deyil. Çünki prezidentin 26 aprel 2007-ci il tarixli sərəncamının birinci müddəasına əsasən, aprelin 2-də verilən sərəncam qüvvədən düşür.

Xəbər lenti

Xəbər lenti