...

Fransada ağır yol qəzası baş verib

Dünya xəbərləri Materials 23 İyul 2007 10:24 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/Dünən Fransanın İzer (Isere) departamenti ərazisində Polşalı zəvvarları daşıyan avtobus ağır yol qəzasına uğramışdır. Təqribən 50 zəvvarın olduğu avtobusun 40 metr hündürlükdən yarğana yuvarlanmış və alışmışdır. Son məlumata görə, qəza nəticəsində 26 Polşalı zəvvar həyatını itirmiş, 24 nəfər isə yaralanmışdır. Yaralılardan 14-nün vəziyyətinin ağır olduğu bildirilir.

Bu hadisənin ardından Polşanın prezidenti Lex Kaçinski (Lech Kaczynski) qəzanın baş verdiyi yerə getmək üçün Fransanın Qrenobl şəhərinə gəlmişdir. Fransanın prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) Polşalı həmkarını qarşılamaq üçün ora gəlmişdir.

Fransanın baş naziri Fransua Fiyon (François Fillon) və Ekologiya naziri Jan- Lui Borlo (Jean-Louis Borloo) hadisə yerində olmuşdur.

Şahidlərin dediyinə görə, hadisənin baş verməsinə səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi və əyləc sistemində yaranan problemlər olmuşdur.

Xəbər lenti

Xəbər lenti