...

Tbilisidə II Qafqaz filmləri festivalı keçiriləcək

Mədəniyyət Materials 21 Mart 2013 15:32 (UTC +04:00)
Martın 22-də Tbilisidə II Qafqaz filmləri festivalının açılışı olacaq.
Tbilisidə II Qafqaz filmləri festivalı keçiriləcək

Gürcüstan, Tbilisi, 21 mart /Trend, müxbir N.Kirsxaliya/

Martın 22-də Tbilisidə II Qafqaz filmləri festivalının açılışı olacaq.

Festival ənənəvi olaraq, Böyük Britaniyanın və Niderlandın Bakı, Tbilisi və Yerevandakı səfirliklərinin dəstəyi ilə keçiriləcək.

"Festivalın məqsədi incəsənətin əsas prinsipi - fərq və sərhəddən asılı olmayaraq, insan həqiqətinin aliliyini, həmçinin Qafqazda kinorejissorlar və aktyorların uzunmüddətli ənənəsinə hörməti unutmamaqdır", - Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Devid Moran bildirib.

Festival Sergey Paracanov və David Abaşidzenin "Aşıq Qərib" filminin nümayişi ilə açıq elan ediləcək.

Filmlər martın 22-25-də Q.Çanturiya küçəsindəki Ədəbiyyat muzeyində nümayiş olunacaq. Giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti