Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
14 oktyabr 2014-cü il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkilmiş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunmuş filmin rejissoru Adil Azay, ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğlu, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.
Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər.