...

"Səttar Bəhlulzadənin karikaturaları" (FOTO)

Mədəniyyət Materials 22 Yanvar 2016 18:44 (UTC +04:00)
Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub.
"Səttar Bəhlulzadənin karikaturaları" (FOTO)

Bakı. Trend:

Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Bəhlulzadənin ev-muzeyi tərəfindən "Səttar Bəhlulzadənin karikaturaları ("Kommunist" qəzetinin materialları əsasında)" adlı kataloq hazırlanaraq çap edilib.

Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının araşdırılması sənətsevərləri yeni-yeni kəşflərlə sevindirir. Azərbaycan təsviri sənətində lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan S.Bəhlulzadə XX əsrin 30-cu illərində respublikanın aparıcı dövrü nəşri olan "Kommunist" qəzetində çalışıb. Azərbaycanın məşhur rəssamı Əziz Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaradıb. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar sovet dövründə Azərbaycan cəmiyyətindəki çatışmazlıqları əyani şəkildə nümayiş etdirir, cəmiyyəti onlarla mübarizəyə səsləyirdi.

Kataloqda rəssamın çəkdiyi 50-yə yaxın karikatura çap olunub, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə apamaq əzmində olduğunu nümayiş etdirir.

Bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti