...

"Visla" festivalı Bakıda

Mədəniyyət Materials 10 Oktyabr 2016 09:26 (UTC +04:00)
13-19 oktyabr tarixlərində Bakıda “Visla” festivalı çərçivəsində 6 polyak filmi nümayiş olunacaq.
"Visla" festivalı Bakıda

Bakı. Trend:

13-19 oktyabr tarixlərində Bakıda “Visla” festivalı çərçivəsində 6 polyak filmi nümayiş olunacaq.

Trend-in məlumatına görə, Bakı və bütün Azərbaycanın sakinləri ən yaxşı və yeni polyak filmlərini “Visla” festivalı çərçivəsində seyr edə biləcəklər. “Dəstəkləyirəm” Fondu ilə əməkdaşlıq sayəsində “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” filmləri nümayiş olunacaqlar.

Nümayiş The Ladnmark Cinema kinosunda hər gün 13-19 oktyabr tarixlərin (17 oktyabr istisna olmaqla) saat 19.00 keçiriləcək. Giriş pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti